Çinin Çendu şəhərində 12-ci Dünya Oyunlarına start verilib.
İdman.biz xəbər verir ki, Oyunların açılış mərasimində Azərbaycan nümayəndə heyəti üçrəngli bayrağımızla paraddan keçib.
Avqustun 17-dək davam edəcək Oyunlarda Azərbaycan 6 - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növlərində 14 idmançı (11 kişi, 3 qadın) ilə təmsil olunur.
İdman.biz