İdmançılarımızdan Özbəkistanda 11 MEDAL - FOTO

Xəbərlər
28 İyul 2025 14:41
50
İdmançılarımızdan Özbəkistanda 11 MEDAL - FOTO

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən savat assault üzrə dünya çempionatı və Dünya kuboku yarışlarında idmançılarımız uğurla çıxış ediblər.

İdman.biz xəbər verir ki, dünya çempionatında Ələkbər Xanməmmədov (60 kq) qızıl medal qazanıb.

Yusif Xəlilzadə (48 kq), Ümid Zeynalov (52 kq), Məhəmməd Məmmədli (56 kq), Nicat Məhəmmədli (65 kq), Nihat Quliyev (70 kq), Əli Bəylərzadə (75 kq) və Məhəmməd Süleymanov (85 kq) bürünc medallarla fərqləniblər.

Dünya Kuboku üzrə isə Raul Hüseynzadə (30 kq) qızıl, İbrahim İbrahimli (35 kq) və Beyrək Bağırov (85 kq) bürünc medala sahib olublar.

İdman.biz