Şövkət Orduxanov adına Qusar şəhər stadionu "Azenco" şirkəti tərəfindən Gənclər və İdman Nazirliyininin balansına verilib.
İdman.biz xəbər verir ki, bu barədə Teleqraf-a şirkətin inzibati işlər üzrə mütəxəssisi Zülfiyyə İsmayılova məlumat verib.
Onun sözlərinə görə, hazırda təhvil-təslim işləri gedir. Proses iyulun sonlarına qədər başa çatdırılacaq.
Qeyd edək ki, Qusar şəhər stadionu 1962-ci ildə istifadəyə verilib. 2016-cı ildə arena sökülərək yenidənqurma işlərinə başlanılıb. Amma bərpa prosesi 2024-cu ilin mayında dayandırılıb. Bu səbəbdən, şəhəri təmsil edən və I Liqaya vəsiqə qazanmış "Şahdağ Qusar" komandası ev oyunlarını müxtəlif stadionlarda, son mövsümdə isə Şamaxı Olimpiya İdman Kompleksinə keçirməli olub.
İdman.biz