Azərbaycanlı federasiya prezidentindən tarixi nəticə - Avropa çempionatında

Xəbərlər
22 İyul 2025 09:33
66
Azərbaycanlı federasiya prezidentindən tarixi nəticə - Avropa çempionatında

Gürcüstanın Batumi şəhərində bilyard üzrə Avropa çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, 115 idmançının qatıldığı və 16 ölkənin təmsil olunduğu yarışda Azərbaycan tarixi uğura imza atıb.

Seymur Məmmədov Avropa çempionatında gümüş medala yiyələnib. Azərbaycan Bilyard Federasiyasının prezidenti olan mükafatçı finala kimi irəliləyib. Yalnız həlledici görüşdə rəqib qalib gəldiyindən Məmmədov ikinci olub.

İdman.biz