Duysburq 32-ci Ümumdünya Yay Universiadasının açılışı keçirilir - YENİLƏNİB/FOTO/VİDEO

Xəbərlər
16 İyul 2025 22:46
129
Duysburq 32-ci Ümumdünya Yay Universiadasının açılışı keçirilir - YENİLƏNİB/FOTO/VİDEO

Almaniyanın Reyn-Ruhr regionunda 32-ci Ümumdünya Yay Universiadasının açılış mərasimi start götürüb.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, tədbir Duysburqdakı MSV arenasında keçirilir.

Universiadanın təşkil olunduğu Reyn-Rur bölgəsində səhər saatlarında güclü yağış başlayıb. Axşama qədər qısa fasilələrlə davam edən yağış mərasimin başlamasına iki saat qalmış dayanıb. Mərasimi Şimali Reyn və Vestfaliya regionunun baş naziri Hendrik Vüst açıb. O, son bir neçə ildə Multiidman yarışının təşkili istiqamətində hazırlıq işlərinin aparıldığını qeyd edib və onun uğurla keçirləcəyinə ümidvar olduğunu bildirib. Vüst əlavə edib ki, Universiada həm iştirakçılar, həm də təşkilatçılar üçün böyük çağırışdır. O, salamlama nitqini belə yekunlaşdırıb: “Özünüzü evdə hiss edin”.

Bundan sonra komandaların paradına start verilib. Azərbaycan yığmasının keçidi 6-cı olub. Millimizin bayraqdarı funksiyasını gimnast Ləman Əlimuradova və taekvandoçu Eltac Qafarov yerinə yetiriblər.

Yarış Duysburqla yanaşı Berlin, Bohum, Essen, Mülhaym və Hagen şəhərlərində keçiriləcək. Univeriadada ölkəmizi 12 idman növündə təmsil olunacaq. Komandamızın heyətində 71 idmançı yer alıb.

Qeyd edək ki, multiidman yarışında 18 idman növü üzrə 234 mükafat dəsti təqdim olunacaq.

***

20:32

Bu gün Almaniyanın Reyn-Ruhr regionunda 32-ci Ümumdünya Yay Universiadasına start veriləcək.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Duysburqdakı arena açılış mərasimə hazırdır.

İdman.biz