III MDB Oyunları: Azərbaycanın və 7 ölkənin idmançı sayı dəqiqləşib

Xəbərlər
15 İyul 2025 12:50
57
III MDB Oyunları: Azərbaycanın və 7 ölkənin idmançı sayı dəqiqləşib

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək idmançılarımızın sayı açıqlanıb.

Bakı Şəhər Halqasından İdman.biz-ə verilən məlumata görə, komandamız yarışa 349 atletlə qatılacaq.

Bu, hələlik ən böyük heyətdir. İndiyədək qeydiyyatdan keçmiş ölkələrdən Rusiya 263, Qazaxıstan 259, Özbəkistan 257, Belarus 255, Tacikistan 202, Türkmənistan 170 və Qırğızıstan 85 idmançı ilə Oyunlara qatılacaq. Bu idmançılardan 477-si komanda, 1363-ü fərdi növlərdə yarışacaq.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabrda Azərbaycanın 7 şəhərindəki 12 idman məkanında 23 növ üzrə keçiriləcək.

İdman.biz