Bu gün səhər Azərbaycan idmançılarının ikinci qrupu Universiadada iştirak etmək üçün Almaniyaya yola düşüb.
İdman.biz xəbər verir ki, bədii gimnastika və taekvondo komandası tranzit reysi ilə İstanbula uçub, oradan isə Düsseldorf şəhərinə yollanacaq.
Almaniyanın Reyn-Rur bölgəsində keçiriləcək Universiadada azərbaycanlı idmançılar 12 idman növündə çıxış edəcəklər: atletika, badminton, oxatma, çimərlik voleybolu, bədii gimnastika, taekvondo, kayak və kanoe ilə avarçəkmə, üzgüçülük, stolüstü tennis, tennis, cüdo və qılıncoynatma.
Qeyd edək ki, iyulun 16-27-də keçiriləcək multiforum çərçivəsində 18 idman növü üzrə ümumilikdə 234 medal dəsti uğrunda mübarizə gedəcək.
İdman.biz