Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, iyulun 14-20-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Stend atıcılığı üzrə ISSF Dünya Kuboku – 4-14 iyul (İtaliya, Lonato);
🔹 Stolüstü tennis üzrə U15, U19 arasında Avropa çempionatı – 11-20 iyul (Çexiya, Ostrava);
🔹 Üzgüçülük üzrə dünya çempionatı – 11 iyul-3 avqust (Sinqapur);
🔹 Trek növü üzrə gənclər (U23) arasında Avropa çempionatı – 15-19 iyul (Portuqaliya, Anadia);
🔹 Bilyard üzrə “Sərbəst Piramida” beynəlxalq yarış - 15-21 iyul (Gürcüstan, Batumi);
🔹 Tələbələrin dünya universitet oyunları – 16-27 iyul (Almaniya);
🔹 Atletika üzrə U23 Avropa çempionatı – 17-20 iyul (Norveç, Bergen);
🔹 Sərbəst, yunan-Roma və qadın güləşi üzrə reytinq xarakterli beynəlxalq turnir – 17-20 iyul (Macarıstan, Budapeşt);
🔹 Güllə atıcılığı üzrə Avropa Kuboku (25 m) – 18-20 iyul (Estoniya, Tallin);
🔹 Triatlon üzrə yeniyetmələr arasında Avropa kuboku (Super sprint) – 19-20 iyul (Moldova, Kişinyov);
🔹 Qalaqapı qo üzrə Avropa çempionatı (67-ci Avropa qo konqresi) – 19 iyul-2 avqust (Varşava, Polşa);
🔹 Yeniyetmələrin Avropa Olimpiya Festivalı – 20-26 iyul (Şimali Makedoniya, Skopye);
🔹 Qılıncoynatma (sablya və şpaqa) üzrə dünya çempionatı – 20-30 iyul (Gürcüstan, Tbilisi).
İdman.biz