Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, iyulun 7-13-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində İdman ustası Ələm Əliyev tərəfindən cüdo üzrə ustad dərsləri - 9 iyul, saat 10:00 (Xızı rayon, Giləzi qəsəbə UGİŞM-nin cüdo zalı).
🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo üzrə nümunəvi çıxışlar – 9 iyul, saat 10:00 (Ağsu şəhər 3 nömrəli tam orta məktəb);
- Üzgüçülük üzrə yeniyetmələr arasında İsmayıllı rayon turniri – 10 iyul, saat 13:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində 3x3 basketbol üzrə nümunəvi çıxışlar – 11 iyul, saat 10:00 (Qobustan rayon, Ş.Şikarov adına Sündü kənd tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində Azərbaycan çempionu Anar Məmmədovun rəhbərliyi altında MMA üzrə ustad dərsi – 11 iyul, saat 16:00 ("Şamaxı" idman klubu).
🔹 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş futbol üzrə rayon çempionatı - 7-13 iyul, saat 18:00 (Goranboy şəhər, qəsəbə və kənd stadionları);
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş bilyard üzrə rayon birinciliyi - 9-10 iyul, saat 14:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 31 illiyinə həsr olunmuş taekvondo üzrə şəhər birinciliyi - 13 iyul, saat 10:00 (Gəncə İdman Klubu).
🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 31-ci ildönümünə həsr olunmuş 2017-2018-ci il təvəllüdlü idmançılar arasında şahmat üzrə rayon turniri - 11 iyul, saat 10:00 (Bərdə Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Şəhid Raqub Orucovun xatirəsinə həsr olunmuş cüdo üzrə açıq rayon turniri - 12 iyul, saat 10:00 (Ağdam Olimpiya İdman Kompleksi).
🔹 Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- 2013-2015-ci il təvəllüdlü yeniyetmələr arasında minifutbol üzrə rayon turniri – 8-9 iyul, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında minifutbol üzrə rayon turniri - 11 iyul, saat 9:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Üzgüçülük üzrə uşaq və yeniyetmələr arasında rayon turniri - 11 iyul, saat 10:00 (Tovuz Olimpiya İdman Kompleksi).
🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində karate üzrə kütləvi idman tədbiri - 9 iyul, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə kütləvi idman tədbiri - 10 iyul, saat 10:00 (Şabran şəhər 2 nömrəli məktəb-lisey);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 31-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında atletika üzrə Quba rayon birinciliyi - 10 iyul, saat 15:00 (Quba Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə kütləvi idman tədbiri - 10 iyul, saat 15:00 (Siyəzən şəhər 6 nömrəli məktəb-lisey);
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə kütləvi idman tədbiri - 11 iyul, saat 18:00 (Xaçmaz şəhəri, Şəxsiyyətlər Muzeyinin ərazisi).
🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyinə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə Cəlilabad rayon turniri - 7-13 iyul, saat 18:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- “Gənclər yaşıl meydanda” adlı gənclər arasında futbol çempionatı – 8-13 iyul, saat 10:00 (Lənkəran rayonu Xolmili kənd stadionu);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 31-ci ildönümünə həsr olunmuş voleybol üzrə Astara rayon açıq turniri - 10-13 iyul, saat 18:00 (Astara rayonu Çayoba kəndində yerləşən Ümid İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 12 iyul, saat 13:30 (Yardımlı İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 13 iyul, saat 10:00 (Lerik şəhər Valeh Müslümov küçəsi).
🔹 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Gənclər və İdman Nazirliyinin yaranmasının 31 illiyi münasibətilə veloyürüş - 9 iyul, saat 17:00 (Mingəçevir şəhər İslam İslamzadə küç 98a);
- Şahmat üzrə oğlanlar və qızlar arasında rayon turniri - 7-12 iyul, saat 10:00 (Göyçay rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi).
🔹 Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmələr arasında atletika üzrə Saatlı rayon turniri - 10 iyul, saat 12:00 (Saatlı Olimpiya İdman Kompleksi);
- Gənclər arasında dama üzrə Sabirabad rayon turniri - 11 iyul, saat 15:00 (Sabirabad Gənclər Evi),
🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 5 iyul-10 avqust, saat 19:00 (Zaqatala rayon Şimşək stadionu);
- Yeniyetmələr arasında yunan-Roma güləşi üzrə açıq rayon turniri - 7-8 iyul, saat 11:00 (Balakən Olimpiya İdman Kompleksi);
- Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Gavur və Surxay xan qalasına gənclərin haykinq yürüşü - 11-13 iyul, saat 8:00 (Oğuz rayon Xaçmaz kəndi).
🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Kişilər arasında dama üzrə rayon turniri - 8 iyul, saat 10:00 (Neftçalar rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- "Sağlam həyat" günləri layihəsi çərçivəsində 13-15 yaşlı oğlanlar arasında 60 metr məsafəyə qaçış üzrə şəhər birinciliyi - 8 iyul, saat 12:00 (Hacıqabul şəhər 8 nömrəli tam orta məktəbin idman meydançası);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 31-ci ildönümü münasibətilə dama üzrə fiziki məhdudiyətli gənclər arasında rayon birinciliyi - 9 iyul, saat 10:00 (Salyan rayon Murad Əlillər İctimai Birliyi);
- Stolüstü tennis üzrə rayon turniri - 11 iyul, saat 10:00 (Biləsuvar Gənclər Evi);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 31-ci ildönümü münasibətilə kikboksinq üzrə uşaq və yeniyetmələr arasında şəhər birinciliyi - 11-12 iyul, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi).
İdman.biz