"Flame Towers"də şaquli qaçış turniri keçiriləcək

Xəbərlər
7 İyul 2025 17:46
42
"Flame Towers"də şaquli qaçış turniri keçiriləcək

"Flame Towers"də şaquli qaçış üzrə turnir keçiriləcək.

Bu barədə İdman.biz-ə Bakıda səfərdə olan Dünya Şaquli Qaçış Assosiasiyasının (TWA) prezidenti Daniel Cecetka məlumat verib.

Qurum rəhbəri bildirib ki, Azərbaycanda turnir sentyabrın 27-də keçiriləcək: "Yarış Alov Qüllələrindən birində baş tutacaq. İştirakçılar 32 mərtəbəni qət edəcəklər və bu, hamı üçün maraqlı sınaq olacaq".

O qeyd edib ki, sözügedən şaquli qaçış yarışında idman həvəskarları da iştirak edə bilərlər.

İdman.biz