III MDB Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası keçirilib - FOTO

Xəbərlər
13 İyun 2025 22:08
123
III MDB Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası keçirilib - FOTO

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə III MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin ikinci iclası keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin nəzdində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Oyunlara hazırlıq işləri barədə təqdimatları dinlənilib.

O cümlədən qeydiyyat, hava limanında qarşılanma və yolasalma, eləcə də açılış, bağlanış və yarışlar dövründə nəqliyyat xidmətlərinin təşkili ilə, təchizat və loqistika; inzibati işlər; işçi heyətinin formalaşdırılması; könüllü proqramı; media xidmətləri və kommunikasiya; idman əməliyyatları; yarış məkanlarının hazırlığı, təhlükəsizliyin təmin edilməsi ilə bağlı aparılan işlər barədə məlumat verilib.

İdman.biz