Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində altıncı İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nümayəndə heyətləri rəhbərləri üçün seminar keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycanı tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov təmsil ediblər.
Görüş çərçivəsində iştirakçılar yarışların keçiriləcəyi idman obyektlərinə və atletlər kəndinə baxış keçirib, hazırlıqla bağlı təqdimatlarda iştirak ediblər.
İdman.biz