Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, 26 may – 1 iyun tarixlərində müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Güllə və stend atıcılığı üzrə gənclər arasında "ISSF Dünya Kuboku" – 19-29 may (Almaniya, Suhl);
🔹 Akademik avarçəkmə üzrə U19 Avropa çempionatı – 21-26 may (Polşa, Kruşvisa);
🔹 Kayak və kanoe üzrə gənclər, U23 üzrə beynəlxalq reqata – 21-26 may (Slovakiya, Bratislava);
🔹 Qol güləşi üzrə Avropa çempionatı – 22-26 may (Estoniya, Tallin);
🔹 Bədii gimnastika üzrə "24th İrina Deleanu Cup" – 22-26 may (Rumıniya, Brasov);
🔹 Qılıncoynatma üzrə Avropa çempionatı (U23) – 24-27 may (Estoniya, Tallin);
🔹 Boks üzrə böyüklər arasında beynəlxalq turnir – 25-30 may (Qazaxıstan, Astana);
🔹 100 xanalı dama üzrə beynəlxalq qrossmeyster norması ilə beynəlxalq turnir – 25 may - 2 iyun (İspaniya, Salou);
🔹 Yelkən “Optimist” sinfi üzrə hazırlıq düşərgəsi və Avropa çempionatı – 25 may - 4 iyun (Türkiyə, Çeşme);
🔹 Cüdo üzrə kodokan kata seminarı və imtahanı (kata üzrə milli komanda) – 26-28 may (Latviya, Riqa);
🔹 Qolf üzrə yeniyetmələr arasında “World Junior Golf Championship” Avropa çempionatı – 27-29 may (Böyük Britaniya);
🔹 Atletika üzrə Avropanın kiçik ölkələrinin oyunları – 27-31 may (Andorra, Andorra la Vella);
🔹 Çimərlik güləşi üzrə U15, U17 və U20 Avropa çempionatı – 28-29 may (Xorvatiya, Poreç);
🔹 Stolüstü tennis üzrə "WTT YOUTH CONTENDER" – 28-31 may (Özbəkistan, Daşkənd);
🔹 Akrobatika gimnastika üzrə Dünya Kuboku – 28 may - 2 iyun (Bolqarıstan, Burqas);
🔹 Badminton üzrə "YONEX Czech Youth International" – 29-31 may (Çexiya, Praqa);
🔹Sərbəst güləş üzrə böyüklər arasında reytinq xarakterli beynəlxalq turnir – 29 may - 1 iyun (Monqolustan, Ulanbator);
🔹 Kayak və kanoe üzrə beynəlxalq reqata – 29 may - 1 iyun (Qazaxıstan, Uralsk);
🔹 Akademik avarçəkmə üzrə Avropa çempionatı – 29 may - 1 iyun (Bolqarıstan, Plovdiv);
🔹Akademik avarçəkmə üzrə “Böyuk Moskva” beynəlxalq reqatası – 29 may - 1 iyun (Rusiya, Moskva);
🔹 Gözdən əlillər üçün 64 xanalı dama üzrə Avropa çempionatı – 29 may - 9 iyun (Türkiyə, Kəmər);
🔹 Karate 1 Premyer Liqa turniri – 30 may - 1 iyun (Marakeş, Rabat);
🔹 Badminton üzrə "YONEX 3 Borders 2025" – 30 may - 1 iyun (Fransa, Saint Louis);
🔹 Cüdo üzrə kişilər, qadınlar, gənc oğlanlar və qızlar arasında Avropa Kuboku – 30 may - 2 iyun (Bosniya, Sarayevo);
🔹Triatlon üzrə bütün kateqoriyalar arasında "Ordu Triatlon Türkiyə Kuboku" – 31 may (Türkiyə, Ordu);
🔹 Cüdo üzrə gənc oğlanlar və qızlar arasında Avropa Kuboku – 31 may - 1 iyun (Avstriya, Qraz);
🔹 Cüdo üzrə Avropa çempionatı (kata üzrə milli komanda) – 31 may - 1 iyun (Latviya, Riqa);
🔹 Fullkontakt üzrə I Dünya çempionatı – 31 may - 1 iyun (Yaponiya);
🔹 Çimərlik güləşi üzrə dünya seriyası – 31 may - 1 iyun (Xorvatiya, Poreç).
İdman.biz