AMADA Stolüstü Tennis Federasiyasında antidopinq qaydalarını izah edib - FOTO

Xəbərlər
17 May 2025 13:23
34
AMADA Stolüstü Tennis Federasiyasında antidopinq qaydalarını izah edib - FOTO

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkədə dopinqə qarşı mübarizənin gücləndirilməsi və idman ictimaiyyətinin bu sahədə maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

İdman.biz xəbər verir ki, bu çərçivədə növbəti seminar Azərbaycan Stolüstü Tennis Federasiyasının yeniyetmə və gənc idmançıları üçün təşkil olunub.

Seminarın əsas məqsədi stolüstü tennisçiləri antidopinq qaydaları, idmançıların hüquq və vəzifələri, həmçinin dopinqə qarşı mübarizə strategiyaları barədə məlumatlandırmaq olub.

Tədbir iştirakçılarına qadağan edilmiş maddələr və metodlar, dopinq nəzarəti prosesi, idmançıların bu prosesdəki rolu və nəticələrin idarə olunması mexanizmləri ətraflı şəkildə izah edilib. Vurğulanıb ki, bəzi hallarda idmançılar bilmədən və ya ehtiyatsızlıqdan tərkibində qadağan edilmiş maddə olan dərmanlar qəbul edə bilirlər. Bu səbəbdən hər bir idmançı istifadə edilən preparatların tərkibini diqqətlə yoxlamalıdır.

Seminar interaktiv formatda keçirilib, iştirakçılar onları maraqlandıran sualları birbaşa mütəxəssislərə ünvanlamaq imkanı əldə ediblər.

İdman.biz