Bəhreynin paytaxtı Manamada beynəlxalq turnir keçiriləcək.
İdman.biz xəbər verir ki, bu gün start götürəcək Bəhreyn Beynəlxalq Parabadminton Turnirinə Azərbaycan parabadmintonçusu da qatılacaq.
Ölkəmizi SU5 kateqoriyasında İbrahim Əliyev təmsil edəcək.
Qeyd edək ki, turnir mayın 18-də başa çatacaq.
İdman.biz