Atıcılıq Federasiyasının üzvləri üçün antidopinq seminarı - FOTO

Xəbərlər
4 May 2025 19:09
177
Atıcılıq Federasiyasının üzvləri üçün antidopinq seminarı - FOTO

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Atıcılıq Federasiyasının (AAF) idmançıları və onların köməkçi heyəti üçün antidopinq seminarı keçirilib.

İdman.biz xəbər verir ki, seminarın əsas məqsədi idmançılara, onların məşqçi və tibbi heyətinə antidopinq qaydaları, idmançıların hüquq və vəzifələr, dopinqə qarşı mübarizə strategiyaları barədə ətraflı məlumat vermək olub.

Tədbir zamanı iştirakçılara qadağan edilmiş maddələr və metodlar, test prosesləri, idmançının məsuliyyəti və nəticələrin idarə olunması barədə məlumat təqdim olunub. Vurğulanıb ki, bəzi hallarda idmançılar bilmədən və ya səhvən qadağan edilmiş maddələr qəbul edə bilirlər. Bu səbəbdən hər bir idmançı istifadə etdiyi dərmanın tərkibini diqqətlə araşdırmalıdır.

Seminar interaktiv formatda keçirilib və iştirakçıların antidopinqlə bağlı sualları cavablandırılıb.

İdman.biz