Dövlət qurumları arasında minifutbol turnirinin finalçıları bəlli olub - FOTO

Xəbərlər
3 May 2025 21:57
91
Dövlət qurumları arasında minifutbol turnirinin finalçıları bəlli olub - FOTO

Bu gün Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin yarımfinal oyunları keçirilib.

İdman.biz xəbər verir ki, yarımfinalın ilk qarşılaşmasında Daxili İşlər Nazirliyi ilə Ədliyyə Nazirliyi üz-üzə gəlib.

Görüş Ədliyyə Nazirliyinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Digər yarımfinal oyununda isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzərində 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, turnirə mayın 6-da Bakı Tennis Akademiyasında yekun vurulacaq. Üçüncü yer uğrunda qarşılaşmada Daxili İşlər Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üz-üzə gələcək. Finalda isə Ədliyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşılaşacaqlar.

İdman.biz