Benyamin Şeşko "Mançester Yunayted"ə "hə" deyib

Xəbərlər
6 Avqust 2025 22:23
56
Benyamin Şeşko "Mançester Yunayted"ə "hə" deyib

"Mançester Yunayted" Benyamin Şeşko ilə müqavilənin detallarını razılaşdırıb.

İdman.biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

"Leypsiq"də çıxış edən sloveniyalı hücumçu "qırmızı şeytanlar"la danışıqları başa çatdırıb. Onunda 2030-cu ilədək müqavilə imzalanacaq. "Mançester Yunayted" bu transferə görə alman təmsilçisinə 85 milyon təklif edib.

Qeyd edək ki, Şeşko son mövsümdə 45 matçda 21 qol və 6 ötürmə ilə yadda qalıb. Onunla İngiltərənin digər təmsilçisi "Nyukasl" da maraqlanır.

İdman.biz