Azərbaycan millisi “World Open Savate” turnirində uğurla çıxış edib - FOTO

Xəbərlər
29 Aprel 2025 18:36
220
Azərbaycan millisi “World Open Savate” turnirində uğurla çıxış edib - FOTO

Savat üzrə Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən “World Open Savate” turnirində uğurla çıxış edib.

İdman.biz xəbər verir ki, komandamızın üzvləri yarışı dörd medalla başa vurublar.

Ağamirzə Mahmudbəyli (30 kq) ilə Üzeyir Məsimov (36 kq) kadetlər arasında təşkil olunan yarışda müvafiq olaraq, qızıl və bürünc medal qazanıblar. Beyrək Bağırov (80 kq) və Sənan Babazadə (+85 kq) isə gümüş mükafat əldə ediblər.

Qeyd edək ki, yarışlar aprelin 25-dən 27-dək davam edib.

İdman.biz