2026-cı il Qış Olimpiya Oyunlarının bəzi idman növləri İtaliya hüdudlarından kənarda keçiriləcək.
İdman.biz saytı xəbər verir ki, bobsley, skeleton və xizək idmanı yarışlarına İnsbruk (Avstiya) ev sahibliyi edə bilər.
İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo öncədən Qış Olimpya Oyunlarının proqramına daxil olan üç növün Milan-Kortinada keçirilməyəcəyini bildirmişdi. Şəhər trasının uyğun olmaması təşkilatçılara digər variantları nəzərdən keçirməyə vadar edib. Bunun üçün ən ideal variant İnsbruk trası seçilib. Beynəlxalq Olimpiya Komitəsi ilə məsləhətləşmələrdən sonra yekun qərar veriləcək.
Qeyd edək ki, Avstriya mətbuatı idman qurğularının yenidənqurulması üçün 27 milyon avro tələb olunduğunu yazıb.
İdman.biz