Aksiya: “Qan ver, həyat xilas et!” - FOTO

Xəbərlər
13 İyun 2024 11:02
194
Aksiya: “Qan ver, həyat xilas et!” - FOTO

14 iyun - Ümumdünya Qan Donoru Günü ilə bağlı “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirilib.

İdman.biz xəbər verir ki, aksiya Milli İdman Tibb və Reabilitasiya Elmi Praktiki İnstitutunda, eyni zamanda, Mərkəzi Qan Bankının region bölmələrində (Quba, Mingəçevir, Gəncə, Bərdə, Şirvan, Şəki, Lənkəran, Sumqayıt) təşkil olunub.

Qanvermə aksiyasında Gənclər və İdman Nazirliyinin kollektivi, idman qurumlarının əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər, ASAPES-in əməkdaşları və digər kateqoriyadan olan insanlar iştirak edirlər. Həmişə olduğu kimi donorlardan toplanan qan talassemiyadan əziyyət çəkən xəstələrin müalicəsində istifadə ediləcək.

Qeyd edək ki, aksiyada hələlik 200 nəfər qan verib.

Banuçiçək Hüseynli
İdman.biz