Laçında "Sağlam həyat" günləri yekunlaşıb - FOTO

Xəbərlər
30 May 2024 16:41
90
Laçında "Sağlam həyat" günləri yekunlaşıb - FOTO

Laçın şəhərində keçirilən "Sağlam həyat" günlərinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirə 100-dən çox iştirakçı qoşulub.

Müxtəlif yaş qruplarından olan iştirakçılar qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

"Sağlam həyat" günləri layihəsi ilk dəfədir ki, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil edilib.

İdman.biz

Məqalədə: