"Ulduzlu İdman": Döyülməkdən qorxan Samir Ələsgərov sərt idman növündə - yalnız İdman.Biz TV-də - FOTO - VİDEO

Xəbərlər
23 May 2024 10:00
1 708
"Ulduzlu İdman": Döyülməkdən qorxan Samir Ələsgərov sərt idman növündə - yalnız İdman.Biz TV-də  - FOTO - VİDEO

İdman.Biz TV-nin “Ulduzlu İdman” proqramının növbəti qonağı xalq arasında “Səfqulu” kimi tanınan aktyor və gülüş ustası Samir Ələsgərov olub.

İdman.biz xəbər verir ki, o, verilişin aparıcısı Zümrüd Bədəlova ilə söhbət zamanı kempo məharətini nümayiş etdirib.

Məlum olub ki, Ələsgərov bir neçə il döyüş sənəti ilə məşğul olub. Lakin ailəsi tərəfindən döyülmək qorxusundan davam etməməyə qərar verib. Verilişin xüsusi qonağı Qocu-Ryu Okinava Karate-Do və Kobudo Kempo Federasiyasının prezidenti, 8-dan sahibi, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi Tanrıverdi Allahverdiyevdir.

Nunçaklar, ağrılı fəndlər, möhtəşəm atışlar... YouTube-da İdman.Biz TV-yə daxil olun, maraqlı verilişə baxın və təəssüratlarınızı bölüşün.

İdman.biz