Federasiya prezidenti: “Təəssüflər olsun ki, ölkəmizdə bu idmana maraq tam başqa cürdür”

Xəbərlər
17 Fevral 2024 13:26
410
Federasiya prezidenti: “Təəssüflər olsun ki, ölkəmizdə bu idmana maraq tam başqa cürdür”

"İlk növbədə qarşısında duran əsas məqsəd bilyardın ölkəmizdə inkişafıdır".

Bunu İdman.bizə Azərbaycan Bliyard Federasiyasının prezidenti Seymur Məmmədov deyib.

O bildirib ki, bu növün inkişafı istiqamətdə artıq bir çox işlərə başlanılıb: "Müxtəlif yarışların keçirilməsinə başlamışıq, sosial şəbəkələrdə və televiziya proqramlarında bu idman növü ilə bağlı məlumatlar gedir. Başlıca vəzifəmiz isə bilyardı idman növü kimi populyarlaşmasıdır. Bir çox dövlətlər bilyardı elit idman növü sayılır. Təəssüflər olsun ki, ölkəmizdə bu idmana maraq tam başqa cürdür".

Məmmədovun sözlərinə görə, il ərzində 8 ölkə çempionatı, 4 Bakı çempionatı keçiriləcək: "Bununla yanaşı, bir sıra regionlarda - Quba, Gəncə, Şəkidə bilyard idman növündə yarışların keçirməyi planlaşdırmışıq. Milli komanda yaratmaq istəyirik. Bu yöndə də işlər görürük və planlaşdırırıq ki, bilyrd üzrə peşəkar idmançılardan ibarət kollektiv yaradaq. Həmçinin bizim federasiyda beynəlxalq dərəcəli hakimlərimiz fəaliyyət göstərir".

Banuçiçək Hüseynli
İdman.biz