Dövlət qurumları arasında ilk dəfə bilyard yarışı keçirilir - FOTO

Xəbərlər
17 Fevral 2024 12:01
528
Dövlət qurumları arasında ilk dəfə bilyard yarışı keçirilir - FOTO

Dövlət qurumları arasında bilyard yarışına start verilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı keçirilən turnirdən öncə açılış mərasimi baş tutub.

Mərasimdə Gənclər və İdman Nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov, qeyri-olimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov və Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov bildirib ki, ilk dəfə olaraq Azərbaycanda bilyard idman növü üzrə dövlət qurumları arasında yarış keçirilir: “Bu yarış artıq ənənəvi şəkildə olacaq. Hər şey üçün Gənclər və İdman nazirliyində təşəkkürlərimizi bildiririk. Hər kəsə uğurlar arzulayıram”.

Gənclər və İdman nazirliyinin qeyri-olimpiya idman növləri üzrə sektorunun müdiri Aydın Məmmədov bildirib ki, yarışda 28 qurum mübarizə aparacaq: “Dövlət qurumları arasında müxtəlif idman növləri üzrə tədbirlər keçirlər. Sevindirici haldır ki, onların hamısında idmana böyük maraq var”.

Rəsmi çıxışlardan sonra Gənclər və İdman nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədovun bilyard şarına simvolik toxunuşundan sonra yarış açıq elan edilib.

Yarışda ümumilikdə 28 dövlət qurumundan 63 nəfər bacarığını göstərəcək.

Qeyd edək ki, dövlət qurumları arasında keçirilən bilyard yarışı iki gün davam edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: