Olimpiya çempionu Vəliyeva 4 illik diskvalifikasiya olunub

Xəbərlər
29 Yanvar 2024 18:49
421
Olimpiya çempionu Vəliyeva 4 illik diskvalifikasiya olunub

İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanı 4 illik diskvalifikasiya edib.

İdman.biz xəbər verir ki, buna səbəb idmançının antidopinq qaydalarını pozması olub.

Vəliyevanın cəzası 2021-ci il dekabrın 25-dən hesablanacaq. Həmin gün Rusiya çempionatındakı çıxışından sonra Kamilədən götürülən dopinq testin cavabı müsbət olub. Bu barədə qərar 2022-ci il fevralın 8-də Pekin-2022 Qış Olimpiya Oyunlarından başa çatdıqdan sonra açıqlanıb. Nəticədə idmançı Rusiya fiqurlu konkisürmə komandasının heyətində qazandığı Olimpiya çempionu titulundan məhrum ediləcək.

Qeyd edək ki, Vəliyeva dopinq-testində tapılan qadağan olunmuş preparatın təsadüfən onun orqanizminə düşdüyü sübut etməyə çalışsa da, qərar dəyişməyib.

İdman.biz