Çinin Şanxay şəhərində keçirilən “China GT” yarışında dramatik hadisə baş verib.
İdman.Biz xəbər verir ki, britaniyalı pilot Olli Millroyun idarə etdiyi “Ferrari” ağır qəzadan sonra alışıb. Bu zaman niderlandlı Loek Hartoq öz avtomobilini saxlayaraq Millroya kömək etməyə tələsib. O, yanğınsöndürən balondan istifadə edib və rəqibini yanan avtomobildən çıxarıb.
Millroy qəza nəticəsində beş qabırğasını və körpücük sümüyünü sındırıb, həmçinin əl və barmaq sınıqları, ağciyər əzilməsi ilə xəstəxanaya yerləşdirilib. O, sonradan Hartoq barədə “Həyatımı ona borcluyam” deyə bildirib.
Hadisədən sonra yarış dayandırılıb. Millroyun komandası isə təhlükəsizlik və təcili yardım prosedurlarını tənqid edərək “China GT”də gələcək iştirakını dayandırdığını açıqlayıb.
