27 yaşlı dünya çempionu ikinci dəfə ana olacaq - FOTO

3 Sentyabr 2026 06:53
106
27 yaşlı dünya çempionu ikinci dəfə ana olacaq

Rusiyalı skeletonçu Yuliya Kanakina ikinci dəfə ana olacağını açıqlayıb.

İdman.Biz xəbər verir ki, 27 yaşlı idmançı bu barədə “Telegram” kanalında paylaşım edib. O, hazırda hamiləliyin 27-ci həftəsində olduğunu bildirib.

Kanakina ilk dəfə 2024-cü ildə ana olub. Onun həyat yoldaşı, bobsleyçı Mixail Mordasovdur.

Yuliya Kanakina 2017-ci ildə yeniyetmələr arasında dünya çempionu olub. O, 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında iştirak edib.

İdman.Biz