İngiltərənin “Tottenhem” futbol komandasının müdafiəçisi Kristian Romero ailəsi ilə keçirdiyi futbol oyununda maraqlı epizodla diqqət çəkib.
İdman.Biz xəbər verir ki, argentinalı futbolçu həyat yoldaşı ilə top uğrunda mübarizə zamanı sürüşərək çox sərt müdaxilə edib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə epizodun birbaşa qırmızı vərəqəyə layiq qayda pozuntusu təsiri bağışladığı görünür.
