Niderlandda “Go Ahead Eagles” və “Willem II” futbol komandalarının oyunu öncəsi topu meydana gətirən zaman dirəyə çırpılan paraşütçü ilə bağlı yeni görüntülər ortaya çıxıb.
İdman.Biz xəbər verir ki, bu dəfə hadisə paraşütçünün öz üzərindəki kameranın lentə aldığı rakursdan yayımlanıb. Görüntülərdə onun yüksək sürətlə stadiona yaxınlaşdığı, eniş zamanı trayektoriyanı düzəldə bilmədiyi və meydanın arxasındakı dirəyə çırpıldığı görünür.
Hadisədən sonra paraşütçü vəziyyəti barədə də danışıb. Onun sözlərinə görə, ciddi sınıq və ya həyati təhlükə yaradan xəsarət olmayıb, lakin bud nahiyəsində böyük əzilmə yaranıb.
Qorxunc zərbəyə baxmayaraq, o, hadisədən dərhal sonra ayağa qalxaraq tribunadakı azarkeşlərə vəziyyətinin yaxşı olduğunu göstərib. İlk görüntülər artıq matç günü geniş yayılıb, yeni kamera rakursu isə qəzanın nə qədər təhlükəli olduğunu daha aydın göstərib.
