Saynsın 61 yaşlı atası 4-cü dəfə Dakar rallisini qazanıb

19 Yanvar 2024 17:37
674
Saynsın 61 yaşlı atası 4-cü dəfə Dakar rallisini qazanıb

İspaniyalı Karlos Sayns Dakar rallisinin qalibi olub.

İdman.biz xəbər verir ki, 61 yaşlı pilot yolsuzluq avtomobillərinin yarışında hamını qabaqlayıb.

Bu, onun 4-cü çempionluğudur. Sayns daha öncə 2010-cu, 2018-ci və 2020-ci ildə bu uğura imza atıb.

Qeyd edək ki, Sayns “Formula-1”də “Ferrari”nin sürücüsü Karlos Saynsın atasıdır.

İdman.biz

Məqalədə: