Ronni O'Sallivandan gözlənilməz məğlubiyyət

22 Mart 2026 20:49
79
Ronni O'Sallivandan gözlənilməz məğlubiyyət

Snuker üzrə yeddiqat dünya çempionu Ronni O'Sallivan Çində keçirilən "World Open-2026" turnirinin finalında məğlubiyyətlə üzləşib.

İdman.Biz xəbər verir ki, martın 22-də başa çatan həlledici qarşılaşmada Tailand təmsilçisi Tepçayya Un-Nuh əfsanəvi rəqibini 10:7 hesabı ilə üstələyərək çempion olub.

Tailandlı idmançı oyunun son üç freymində ardıcıl üç "total clearance" etməklə möhtəşəm performans nümayiş etdirib. Bu seriyaya Un-Nuhun karyerasında vurduğu yeddinci maksimum (147 xal) da daxildir. Bu, Tepçayyanın karyerası ərzində qazandığı ikinci reytinq turniri qələbəsidir.

Ronni O'Sallivan üçün "World Open-2026" karyerasındakı 66-cı reytinq turniri finalı kimi tarixə düşüb.

Xatırladaq ki, o, yarımfinalda çinli U İtzeni gərgin mübarizədə (6:5) məğlub etmişdi. Turnirin qalibi Un-Nuh isə finala gedən yolda digər ulduz Cud Trampı (6:4) yarışdan kənarlaşdırmışdı.

İdman.Biz