Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırova general-polkovnik rütbəsi verilib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şahin Soltan oğlu Bağırova “gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, Şahin Bağırov 2023-cü ilin aprelin 11-də Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti seçilib.
