Yanvarın 27-də Bakıda “JGBJJ Academy Azerbaijan” ciu-citsu zalının açılış mərasimi keçirilib.
İdman.Biz bildirir ki, açılışda gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.
Nazir məşq zalı ilə tanış olub, burada yaradılan şərait barədə məlumat alıb, idmançıların nümunəvi çıxışlarına baxıb.
Yeni istifadəyə verilən zal eyni vaxtda üç qrupun məşq keçməsi üçün nəzərdə tutulub. Ümumi sahəsi 480 kvadratmetr olan zalda məşq üçün müasir tələblərə uyğun şərait yaradılıb.
