Olimpiya çempionundan gözlənilməz addım - VİDEO

Xəbərlər
27 Yanvar 2026 18:17
101
Olimpiya çempionundan gözlənilməz addım - VİDEO

Bobsley üzrə olimpiya çempionu Liza Bukvits 2026 Qış Olimpiya Oyunlarına hazırlıq prosesini maliyyələşdirmək üçün OnlyFans platformasında hesab idarə etdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, idmançı bu qərarını açıq şəkildə əsaslandırıb və bunu qeyri-adi hal kimi görmədiyini, əlavə maliyyə dəstəyi olmadan yüksək səviyyəli hazırlıq prosesini təmin etməyin çətin olduğunu bildirib.

“Bu, mənim üçün sponsor dəstəyidir. Silahlı qüvvələrdə xidmətimi davam edərək paralel şəkildə idman növümlə məşğul olmağa imkan verir. Burada qeyri-normal heç nə yoxdur”, - deyə Bukvits söyləyib.

Qeyd edək ki, OnlyFans internet üzərindən fəaliyyət göstərən ödənişli məzmun platformasıdır və istifadəçilər aylıq abunə əsasında yaradıcıların paylaşdığı materiallara çıxış əldə edirlər. Platformada müxtəlif mövzulu məzmun olsa da, daha çox 18+ məzmunla tanınır və bəzi idmançılar onu maliyyə dəstəyi və sponsor alternativi kimi istifadə edirlər.

İdman.Biz