Azərbaycan idmançısı iki il müddətinə diskvalifikasiya edilib

Xəbərlər
29 Dekabr 2025 15:55
56
Azərbaycan idmançısı iki il müddətinə diskvalifikasiya edilib

Azərbaycanın qol güləşçisi Təbriz Səfərov iki illik diskvalifikasiya olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) qərar qəbul edib.

O, antidopinq qaydalarını pozduğu üçün bu halla üzləşib. T.Səfərov nümunəsində qadağan olunmuş maddənin (ephedrine) mövcudluğu və istifadəsinə görə 24 aylıq cəza alıb.

Sentyabrın 9-da qüvvəyə minən cəza 2027-ci ildə başa çatacaq.

İdman.Biz