İngiltərənin “Çelsi” klubunun futbolçusu Kol Palmer əvvəlki sevgilisindən ayrılıb və bir neçə ay sonra yeni münasibətə başlayıb.
İdman.Biz xəbər verir ki, futbolçunun yeni sevgilisi Oliviya Holderdir.
23 yaşlı Oliviya bacısı ilə birlikdə Bromli şəhərində plastik cərrahiyyə klinikasına sahibdir.
Məlumata görə, ayrılıqdan sonra bir müddət tək qalan futbolçu daha sonra yeni münasibətə başlayıb və bu da azarkeşlərin diqqətini cəlb edib.
Sosial şəbəkələrdə Oliviya Holderin artıq öz biznesinin xidmətlərindən istifadə edib-etmədiyi də müzakirə mövzusuna çevrilib.
