Ölkə rəhbərliyinin dəstəyi sayəsində Azərbaycan idmanı ildən-ilə inkişaf edir.
İdman.biz xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakı şəhərinin “Dünya İdman Paytaxtı” (“World Capital of Sports”) elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində deyib.
O, Azərbaycanın bir çox beynəlxalq yarışa ev sahibliyi etdiyini xatırladıb:
“Uzun illərdir Bakıda “Formula-1” üzrə dünya çempionatı keçirilir. İlk Avropa Oyunlarının, bundan başqa, İslam Həmrəyliyi Oyunlarının da Bakıda keçirildiyini qürurla xatırlayırıq. Fəxr edirik ki, “Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilir. Hər kəsi bu münasibətlə təbrik edirəm”.
Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.
