Fransalı futbolçu Hatem Ben Arfa karyerasını bitirməmiş özünü yeni idman növündə sınamağa qərar verib.
İdman.biz xəbər verir ki, 36 yaşlı hücumçu padeldə çıxış etməyə başlayıb.
Artıq 70 turnirdə mübarizə aparan fransalı 42 min idmançının yer aldığı reytinqdə 1342-ci sıraya yüksəlib.
Qeyd edək ki, son klubu “Valyadolid” olan Hatem Ben Arfa 2020-ci ildən komandasızdır. Hücumçu “Lion”, “Marsel”, “Nyukasl”, PSJ və “Renn” klublarının şərəfini qoruyub.
İdman.biz
