AMADA son 10 ayda idmançılara tətbiq etdiyi sanksiyaları açıqladı

Xəbərlər
13 Noyabr 2025 14:06
46
AMADA son 10 ayda idmançılara tətbiq etdiyi sanksiyaları açıqladı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ilin yanvar-oktyabr ayları ərzində 13 idmançıya sanksiya tətbiq edib.

İdman.Biz xəbər verir ki, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə bu barədə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransda məlumat verib.

O bildirib ki, bu müddət ərzində 17 iş yekunlaşıb, 4 nəfər müxtəlif səbəblərdən sanksiya almayıb.

İdman.Biz