Barselonada metronun 100 illiyinə həsr olunan qeyri-adi qaçış yarışı keçirilib - FOTO/VİDEO

Xəbərlər
12 Noyabr 2025 14:14
55
Barselonada metronun 100 illiyinə həsr olunan qeyri-adi qaçış yarışı keçirilib - FOTO/VİDEO

İspaniyanın Barselona şəhərində metronun fəaliyyətə başlamasının 100 illiyi münasibətilə maraqlı tədbir təşkil olunub.

İdman.Biz xəbər verir ki, şəhərin yeraltı tunellərində keçirilən qaçış yarışında iştirakçılar 5,2 kilometr məsafəni üç stansiya boyunca qət ediblər.

Təşkilatçılar yarışa 5000 müraciət aldıqdan sonra təsadüfi seçimlə cəmi 250 nəfəri iştirak üçün müəyyən ediblər. İdmançılar qaçışa 20 saniyəlik fasilələrlə start götürüblər.
Yarış rəqabət xarakteri daşımayıb, lakin qeydə alınan ən yaxşı nəticə 16 dəqiqə 54 saniyə olub.

Toplanan bütün vəsaitlər xeyriyyə məqsədilə neyroloji xəstəliklərin araşdırılması və müalicəsinə yönəldiləcək.

İdman.Biz

Məqalədə: