Azərbaycanın iki muaytayçısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının 1/4 final mərhələsinə yüksəlib.
İdman.Biz Report-a istinadən xəbər verir ki, milli üzvləri 1/8 final döyüşlərini qələbə ilə başa vurublar.
60-65 kq çəki dərəcəsində Xəyal Əliyev Hüsnü Fəhmi Sayedi (Misir) nokautla məğlub edib.
65–70 kq çəki dərəcəsində isə Səlahəddin Qocazadə Aiham Ahmed Abdo Alawadhi (Yəmən) üzərində birinci raundda texniki nakautla qələbə qazanaraq 1/4 finala adlayıb.
