Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.
İdman.Biz xatırladır ki, Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib.
1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb.
1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən, həmin üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunub.
Qeyd edək ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Bakıdakı Dövlət Bayrağı Meydanında olublar. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli bayrağını ucaldıb.
Həmin bayraq ölçüsünə görə “Ginnesin rekordlar kitabı”na düşüb. Bayrağın ümumi çəkisi 500 kiloqramdan artıqdır. Dövlət Bayrağı Meydanı təmirə bağlanmazdan öncə isə bayraq dirəyinin hündürlüyünə görə bu rekord qırılmışdı.
