“Mançester Yunayted”in əfsanəsi ağır xəstə olan oğluna görə televiziya fəaliyyətinə son qoydu

Xəbərlər
30 Oktyabr 2025 16:39
45
“Mançester Yunayted”in əfsanəsi ağır xəstə olan oğluna görə televiziya fəaliyyətinə son qoydu

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi teliviziya fəaliyyətini dayandırmağa qərar verib.

İdman.Biz xəbər verir ki, bir müddət efirdə futbol eksperti kimi işləyən Pol oğlunun ağır autizm xəstəliyi səbəbindən bu addımı atmalı olub.

20 yaşlı Eyden Skoulza valideynlərinin daim nəzarəti lazımdır. Ona hələ uşaq yaşlarında nitqsiz autizm diaqnozu qoyulub. Eyden danışa bilmir və hisslərini başqa yollarla ifadə edir - özünü və başqalarını dişləyir, cızır. Bəzən məşqlərdə Pol Skoulzun üzündəki cızıqlar diqqət çəkirdi, lakin o, bunun səbəbini izah etmək istəmirdi.

Beş il əvvəl Skoulzun həyat yoldaşı (27 illik evlilikdən sonra) ondan ayrılıb, lakin cütlük indi oğluna baxımı növbəyə salıblar. Hər biri üç gecə xəstə övladı ilə qalır. Beləcə, Eydenin həyatında sabit rejim qorunur. Məsələn, hər çərşənbə axşamı Pol oğlunu üzməyə aparır, sonra birlikdə pizza yeyirlər.

Son zamanlar vəziyyət daha da çətinləşib, Eydən böyüyüb və artıq çəki yığıb. Bu mövsüm Pol Skoulz televiziya eksperti kimi heç bir matçda görünməyib. “Mançester Yunayted”in əfsanəsi etiraf edib ki, bundan sonra bütün planlarını oğlunun ehtiyaclarına uyğun quracaq. O, sosial şəbəkə profilində də oğlu ilə birgə fotosunu qoyub.

İdman.Biz