Messi digər idman növlərində ən yaxşı idmançıların adlarını açıqladı

Xəbərlər
28 Oktyabr 2025 21:30
48
Messi digər idman növlərində ən yaxşı idmançıların adlarını açıqladı

Dünya çempionu, Argentina milli komandasının və “İnter Mayami”nin hücumçusu Lionel Messi digər idman növlərində ən böyük idmançılar haqqında sualı cavablandırıb.

İdman.Biz xəbər verir ki, Messi NBC News-a açıqlamasında ulduz hesab etdiyi idmançıların adlarını qeyd edib.

“Biz argentinalılar üçün Maradona ən böyük kumirimiz və heyranlıq mənbəyimiz idi. Hələ kiçik olsam da və onun oyunlarının çoxunu canlı görməsəm də, Dieqo bütün sərhədləri aşdı.

Digər idman növlərindən danışarkən, əlbəttə ki, eyni şey (Maykl) Cordanla da baş verdi. Mən həmçinin (Rocer) Federer, Rafael (Nadal) və (Novak) Cokoviç kimi tennisçilərə heyranam. Onların hər üçü yarışları daha yüksək səviyyəyə qaldırdılar. Ən yaxşı titul uğrunda uzun mübarizə və gərgin rəqabət onları inanılmaz idmançılara çevirdi.

Yəqin ki, bir çoxunun adı indi yadıma düşmür, amma daha bir neçəsini qeyd etməli olsaydım, basketbolçular Lebron (Ceyms) və Stef (Kerri) deyərdim. Onlara çox heyranam. Düşünürəm ki, onlar oyunu dərindən başa düşürlər və hər biri basketbolu özünəməxsus şəkildə yeni bir səviyyəyə qaldırıb”, - argentinalı vurğulayıb.

İdman.Biz