Keçmiş gənc seriyaların pilotu və “Formula-3”ün ən gənc sürücüsü 23 yaşlı ispaniyalı Antolin Qonsales atasının qətlini etiraf edib.
İdman.Biz bu barədə “Marca”ya istinadən məlumat verir.
Qonsalesin sözlərinə görə, birinci atası silaha əla atıb və bu, ölümcül qarşıdurmaya səbəb olub.
Cinayət iyulun 5-də baş verib. Qonsalesin atasının cəsədi boyun nahiyəsindən bıçaq izləri ilə aşkar edilib. Onun oğlu Aranda-de-Duero şəhərində qətl ittihamı ilə həbs edilib. Pilotun anası qarşıdurmanın şahidi olub və təcili xidmətlərə zəng edib.
Antolin ən gənc “Formula-3” sürücüsüdür. O, 13 yaşında “Draviks” komandasından seriyada debüt edib. Qonsales “Formula-4” üzrə İtaliya çempionu olub.