40 yaşlı britaniyalı yarış pilotu və yeddiqat “Formula 1” çempionu Lyuis Hemilton SportsPro tərəfindən 2025-ci ilin ən çox tələb olunan idmançısı seçilib.
İdman.Biz-in xəbərinə görə, bu göstərici üç əsas amillə ölçülüb: marka gücü, iqtisadiyyat və ümumi ünvanlı bazar.
SportsPro-nun versiyasına görə, 2025-ci ilin ən çox tələb olunan idmançıları bunlardır:
1. Lyuis Hemilton – Formula-1
2. Simona Baylz – Yüngül atletika
3. İlona Maher – Reqbi
4. Stefen Karri – Basketbol
5. Kri.tiano Ronaldo – Futbol
6. Neymar – Futbol
7. Keytlin Klark – Basketbol
8. Lebron Ceyms – Basketbol
9. Yannis Adetokunbo – Basketbol
10. Kori Qauf – tennis.