“Mançester Siti” ulduzu 22 milyonluq avtoparkını genişləndirdi

Xəbərlər
21 Oktyabr 2025 19:48
34
“Mançester Siti” ulduzu 22 milyonluq avtoparkını genişləndirdi

“Mançester Siti”nin ulduz futbolçusu Erlinq Holand bahalı avtomobil kolleksiyasını daha bir superkarla zənginləşdirib.

İdman.Biz xəbər verir ki, norveçli hücumçu 250 min funt sterlinq (təxminən 540 min AZN) dəyərində “Lamborghini Huracan Sterrato” modelini alıb. Nadir mat yaşıl rəngdə olan bu avtomobildən dünyada cəmi 1 499 ədəd istehsal olunub. Superkar 3,4 saniyəyə 100 km/saat sürətə çatır.

Məlumata görə, Holandın avtomobil kolleksiyasının ümumi dəyəri 10,5 milyon funt (təxminən 22,6 milyon AZN) təşkil edir. Həftəlik təxminən 1 milyon funt (təxminən 2,1 milyon AZN) qazanan ulduz futbolçu bu avtomobili “uğurlu mövsüm hədiyyəsi” adlandırıb.

İdman.Biz