Nigar Camalın uğurunun İDMAN SİRRİ - VİDEO

Xəbərlər
15 Oktyabr 2025 12:30
61
Nigar Camalın uğurunun İDMAN SİRRİ - VİDEO

Avroviziya qalibimiz Nigar Camalın şəxsi məşçisi Aytən Qurbanova onun idman həyatını “Instagram”da paylaşıb.

İdman.Biz xəbər verir ki, şəxsi məşqçisi bildirir ki, səhnənin pozitiv enerjisi ilə seçilən müğənni Nigar Camal həm yaradıcılığı, həm də həyat tərzi ilə diqqət çəkir.

Dünya ulduzlarına rəqib ola biləcək səviyyədə parlayan sənətçi uğurlarının sirrini sağlam həyat tərzində və daim öz üzərində çalışmaqda görür.

Məşqçi qeyd edib ki, Nigar Camal idmandan geri qalmır, enerjisini yüksək tutur, pozitiv düşünür və neqativdən uzaq qalır. Onun sözlərinə görə, irəliləməyin əsas motivasiyası məhz insanın özüdür: “İdman enerjini artıran, insanı yeniləyən və uğura aparan ən böyük motivasiyadır. Unutmayaq ki, dünyanın ən uğurlu insanlarının sirri idmandadır”.

İdman.Biz

Məqalədə: