Azərbaycan Milli Olimpiya Komitəsi ilin idman nailiyyətləri ilə bağlı “Olimpiya gecəsi” təşkil edib.
İdman.biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası (ACF) "Qızlara ağ yaraşır" sosial layihəsinə görə ilin ən yaradıcı idman qurumu mükafatına layiq görülüb.
"Azercell" Telekom-un da töhfə verdiyi “Qızlara ağ yaraşır” kampaniyası erkən nikah probleminə toxunmaqla yanaşı, həm də qızları cüdo ilə məşğul olmağa həvəsləndirmək məqsədi daşıyırdı. Kampaniya boyu 1000 qıza pulsuz cüdoqi paylanılıb və səyahətlər həyata keçirilib.
Tədbirdə yığmamızın sabiq üzvü Rüstəm Orucov isə ilin ən aktiv kişi idmançısı adını qazanıb.
İdman.biz